1 Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru. Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur.
2 Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir.
3 Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib.
4 Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir.
5 Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür.