11Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
12Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
13Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
14Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.
15Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan.