7Mən Sənin məhəbbətində Şad olub sevinəcəyəm, Çünki məzlum halımı görmüsən, Çəkdiyim əzabı bilmisən.
8Məni düşmənə təslim etmədin, Genişlikdə gəzdirdin.
9Ya Rəbb, mənə rəhm et, Çünki əzabdayam, Kədərdən gözüm, qəlbim, bədənim quruyub.
10Ömrüm qüssə ilə, İllərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, Sümüklərim quruyub.
11Bütün düşmənlərim mənə tənə edir, Qonşularımsa onlardan daha betərdir, Tanışlarım məni görərkən dəhşətə düşür, Məni küçələrdə görənlər məndən qaçır.