Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 25

Zəbur 25:4-9

Help us?
Click on verse(s) to share them!
4Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
5Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
6Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
7Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
8Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
9İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.

Read Zəbur 25Zəbur 25
Compare Zəbur 25:4-9Zəbur 25:4-9