Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 23

Zəbur 23:1-6

Help us?
Click on verse(s) to share them!
1Davudun məzmuru. Rəbb mənim çobanımdır, möhtac olmaram.
2O, məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
3Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
4Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
5Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
6Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

Read Zəbur 23Zəbur 23
Compare Zəbur 23:1-6Zəbur 23:1-6