26Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun!
27Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq.
28Çünki hökmranlıq Rəbbindir, Millətlər üzərində səltənət sürən Odur!
29Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – Özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər.
30Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək;
31Onun ədalətini, Onun əməllərini Gələcəkdə doğulan xalqa bildirəcək.