Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 19

Zəbur 19:7-11

Help us?
Click on verse(s) to share them!
7Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.
8Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
9Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.
10Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.
11Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var.

Read Zəbur 19Zəbur 19
Compare Zəbur 19:7-11Zəbur 19:7-11