41Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar.
42Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım.
43Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
44Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər.
45Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
46Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!
47O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
48O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
49Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm.