2Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan.
3Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
4Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
5Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan.
6Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.