6Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq.
7Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək».
8Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx.
9Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
10Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
11Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
12Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
13Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.