32Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
33Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm.
34Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım.
35Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram.
36Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt.
37Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et.
38Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt.
39Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır!
40Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat.
41Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar!
42Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
43Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.
44Daim, əbədi olaraq Qanununa bağlı qalacağam.
45Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
46Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
47Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
48Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.