Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 119

Zəbur 119:164-175

Help us?
Click on verse(s) to share them!
164Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
165Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
166Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
167Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!
168Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır.
169Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver.
170Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et.
171Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən.
172Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir.
173Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim.
174Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram.
175Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum, Hökmlərin qoy mənə kömək olsun.

Read Zəbur 119Zəbur 119
Compare Zəbur 119:164-175Zəbur 119:164-175