1Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır.
2Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır:
3İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü.
4O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu.
5İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar.
6Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar.
7Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar.
8Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar.
9Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar.
10Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar.
11Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar.
12Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar.
13Dofqanı tərk edib Aluşda düşərgə saldılar.
14Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi.
15Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar.
16Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar.
17Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar.
18Xaserotu tərk edib Ritmada düşərgə saldılar.
19Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar.
20Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar.
21Livnanı tərk edib Rissada düşərgə saldılar.
22Rissanı tərk edib Qehelatda düşərgə saldılar.
23Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar.
24Şefer dağını tərk edib Xaradada düşərgə saldılar.
25Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar.
26Maqhelotu tərk edib Taxatda düşərgə saldılar.
27Taxatdan ayrılıb Terahda düşərgə saldılar.
28Terahı tərk edib Mitqada düşərgə saldılar.
29Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar.
30Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar.
31Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar.
32Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar.
33Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar.
34Yotvatanı tərk edib Avronada düşərgə saldılar.
35Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar.
36Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar.
37Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar.
38Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü.
39Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi.
40Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib.
41İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar.
42Salmonanı tərk edib Punonda düşərgə saldılar.
43Punonu tərk edib Ovotda düşərgə saldılar.
44Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar.
45İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar.
46Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar.
47Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar.
48Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar.
49İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar.
50Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi:
51«İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə
52ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın.
53Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim.
54Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın.
55Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək.
56Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”».