Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 18

Luka 18:37-43

Help us?
Click on verse(s) to share them!
37Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir».
38Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!»
39Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
40İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu:
41«Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».
42İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi».
43Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.

Read Luka 18Luka 18
Compare Luka 18:37-43Luka 18:37-43