4Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin.
5Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin.
6Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, Onların xatirəsi də məhv oldu.
7Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub.
8Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.