Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 93

Zəbur 93:1-5

Help us?
Click on verse(s) to share them!
1Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır.
2Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən.
3Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır.
4Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir!
5Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.

Read Zəbur 93Zəbur 93
Compare Zəbur 93:1-5Zəbur 93:1-5