2Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək,
3On telli alətin avazı ilə, Çəngin, liranın sədası ilə oxumaq.
4Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm.
5Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir!
6Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz:
7Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar.
8Amma, ya Rəbb, Sən əbədi ucasan.
9Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq.
10Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən.