31Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr,
32Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
33Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram.
34Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm.
35Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm.
36Sülaləsi taxtda əbədi qalacaq, Taxtı hüzurumda günəş kimi duracaq.
37Ay kimi – Göydəki etibarlı şahid kimi sabit qalacaq». Sela
38Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən, Sən onu rədd etmisən, ona arxa çevirmisən.
39Qulunla bağladığın əhddən imtina etmisən, Tacını toz-torpağa atıb bulaşdırmısan.
40Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən.
41Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar.
42Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən.
43Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan.