20Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim.
21Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək!
22Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz.
23Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam.
24Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq.
25Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam.
26Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!”