16İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar.
17Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır.
18Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir.
19Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
20Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim.
21Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək!
22Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz.