1Bir ilahi. Qorah övladlarının məzmuru. Musiqi rəhbəri üçün Ezrahlı Hemanın «Maxalat leannot» üstə oxunan maskili. Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram!
2Qoy duam Sənə çatsın, Qulaq as naləmə.
3Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır.
4Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb.
5Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.