Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 86

Zəbur 86:8-14

Help us?
Click on verse(s) to share them!
8Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
9Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək.
10Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!
11Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum.
12Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm.
13Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın.
14Ey Allah, lovğalar əleyhimə qalxır, Bir dəstə zalım canımı almaq üçün məni axtarır, Səni qarşılarında görmür.

Read Zəbur 86Zəbur 86
Compare Zəbur 86:8-14Zəbur 86:8-14