6Səni tanımayan millətlərin, İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
7Çünki onlar Yaqub nəslinin başını yeyiblər, Yurd-yuvasını viranəyə çeviriblər.
8Ata-babalarımızın günahını boynumuza qoyma, Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.
9Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et.
10Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər.
11Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru.
12Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar.
13Biz Sənin xalqın, otlağının sürüsüyük, Əbədilik Sənə şükür edərik, Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!