44Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı.
45Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı.
49Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü.
50Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.
51Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı.
53Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
54Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
57Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
58Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
59Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
60İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.