28Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi.
29Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi.
30Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən
31Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi.
32Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar.
33Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
34Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
35Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
36Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.
37Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.
38Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.