1Musiqi rəhbəri Yedutun üçün. Asəfin məzmuru. Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər.
2Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam.
3Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. Sela
4Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm.
5Düşünürəm keçən günləri, Ötən dövranı, illəri.
6Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur:
7«Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı?
8Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı?
9Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela
10Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir».