8«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
9Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənin adına küfr edəcək?
11Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et.
12Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
13Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.
14Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin.
15Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.
16Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan.
17Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın.