2Qoy Sənin xalqına salehliklə, Məzlumlara ədalətlə hakimlik etsin.
3Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın.
4Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin.
5Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun.
6Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
7Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.