11Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
12Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.
13Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir.
14Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir.
15Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin.
16Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin.
17Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!
18Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına!
19Onun şərəfli adına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!