5Ey Xudavənd, Sən mənim ümidimsən, Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
6Doğulduğum gündən bəri dayağımsan, Məni ana bətnindən dünyaya gətirmisən, Həmişə Sənə həmd edirəm.
7Çoxlarına qəribə bir şey oldum, Amma Sən mənim möhkəm sığınacağım oldun.
8Sənə həmd etmək dilimdən düşməz, Daim Sənin izzətini düşünürəm.
9Yaşa dolanda da məni rədd etmə, Taqətdən düşəndə də məni tərk etmə.
10Mənim barəmdə düşmənlərim belə söyləyir, Məni öldürmək istəyənlər belə məsləhətləşir,
11Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur.
12Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat!
13Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
14Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam.
15Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, Onun ölçüsünü bilməsəm də.
16Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
17Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm.