25Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir.
26Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin.
27Qabaqda kiçik Binyamin qəbiləsi gedir, Ardınca çoxlu Yəhuda başçıları, Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.
28Ey Allah, qüdrətini, Bizim üçün işlətdiyin qüvvətini göstər.
29Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir.
30Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et.
31Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar.
32Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, Sela
33Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin,