1Musiqi rəhbəri üçün. Bir ilahi. Məzmur. Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin,
2Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!
3Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür!
4Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». Sela
5Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.