4Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər?
5Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar.
6Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər.
7Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.
8Dərdlərimi saydın, Göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı?
9Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir.