2Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.
3Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. Sela
4Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.
5O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!