10Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, Minlərlə dağda otlayan mal-qaralar.
11Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır.
12Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
13Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?
14Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
15Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».