1Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri,
2Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın!
3Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir.
4Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam:
5Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
6Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər.
7Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz.