Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 45

Zəbur 45:1-10

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Qorah övladlarının «Şoşannim» üstə oxunan maskili. Sevgi nəğməsi Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır.
2Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
3Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər.
4Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
5Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır.
6Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
7Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
8Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir.
9Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb.
10Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut.

Read Zəbur 45Zəbur 45
Compare Zəbur 45:1-10Zəbur 45:1-10