8Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela
9İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
10Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
11Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
12Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.