Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 40

Zəbur 40:14-17

Help us?
Click on verse(s) to share them!
14Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
15Mənə «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb qalsınlar.
16Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər.
17Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə!

Read Zəbur 40Zəbur 40
Compare Zəbur 40:14-17Zəbur 40:14-17