6Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm.
7Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı.
8Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm.
9Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır.
10Ürəyim çırpınır, gücüm tükəndi, Gözlərimin nuru da söndü.
11Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı.