12Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar.
13Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm.
14Dilsiz-cavabsız Bir lal-kar kimiyəm.
15Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
17Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm.
18Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm.
19Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur.