30Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar.
31Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
32Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır.
33Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz.
34Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.
35Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm.
36O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.