Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 37

Zəbur 37:26-40

Help us?
Click on verse(s) to share them!
26O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr.
27Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən.
28Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
29Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq.
30Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar.
31Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
32Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır.
33Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz.
34Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.
35Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm.
36O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.
37Kamil adama bax, əməlisaleh insana nəzər yetir, Gələcək sülhsevən adama bəxş ediləcək.
38Amma bütün üsyankarlar birlikdə yox olacaq, Pislərin kökü kəsiləcək.
39Salehlərin qurtuluşu Rəbdəndir, Dar gündə onlara pənah yeridir.
40Rəbb onların imdadına çatır, Onları qurtarıb pislərin əlindən alır, Çünki onlar Rəbbə pənah aparır.

Read Zəbur 37Zəbur 37
Compare Zəbur 37:26-40Zəbur 37:26-40