10Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
11Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
12Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
13Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
14Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
15Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.
16Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır.
17Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.
18Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.
19Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar.
20Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq.
21Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır.