2Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
3Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
4Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
5Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
6Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
7Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
8Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
9Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
10Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».