7Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
8Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
9Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
10Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
11Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim:
12Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
13Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
14Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin!