1Davudun məzmuru. O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda. Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
2Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
3Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
4Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.