5Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
6Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
7Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
8Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
9Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
10Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
11Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
12Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
13Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
14Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.