3Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
4Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
5Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
6Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
7Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
8Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.