2Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum.
3Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
4Məni qarşımda qurulan gizli tordan hifz et, Çünki Sən mənim sığınacağımsan!
5Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et.
6Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm, Mən Rəbbə güvənirəm.